Dünya

İran öz neftini 20 faiz daha baha satmağa başlayıb

01 Jul 2026, 00:42 1 baxış
İran öz neftini 20 faiz daha baha satmağa başlayıb
Tehran ABŞ-nin İran nefti və neft məhsullarının satışına tətbiq etdiyi sanksiyaları dayandırmasından sonra enerji daşıyıcılarını ABŞ ilə münaqişədən əvvəlki dövrlə müqayisədə 20 faiz daha baha qiymətə ixrac etməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İran İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dövlət teleradio şirkətinə müsahibəsində bildirib. "Bəziləri deyirdi ki, sanksiyaların ləğvi qeyri-real vəddir. Lakin sanksiyalar aradan qaldırıldı və hazırda İran nefti 20 faiz daha yüksək qiymətə satılır. Onun satışından əldə olunan gəlirlər də artıq müvafiq hesablara daxil olur", - deyə parlament sədri qeyd edib. Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının tamamilə aradan qaldırılmasından sonra İran xarici bazarlara 40 milyon bareldən çox neft ixrac edə bilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər