Dünya

Möcüzə: Venesuelada üç yaşlı uşaq dağıntılar altında altı gün sağ qalıb

01 Jul 2026, 01:00 1 baxış
Möcüzə: Venesuelada üç yaşlı uşaq dağıntılar altında altı gün sağ qalıb
Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra üç yaşlı oğlan uşağı möcüzə nəticəsində binanın dağıntıları altında altı gün sağ qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges "Telegram" kanalında paylaşım edib. "İyunun 30-da səhər saatlarında La-Quayra ştatında yerləşən "Los Korales Qarden" yaşayış binasının dağıntıları altında altı gün qalmış üç yaşlı Kliber Moran sağ çıxarılıb", - deyə o bildirib. Məlumata görə, uşağı İordaniyadan Venesuelaya yardım üçün gəlmiş xilasedicilər aşkar ediblər. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda həkimlər uşağa zəruri tibbi yardım göstərir və altı gün ərzində aclıq və susuz qalmasının yaratdığı fəsadları aradan qaldırmağa çalışırlar. Qeyd edək ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə maqnitudası 7.2 və 7.5 olan iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Bundan sonra bölgədə 214 afterşok qeydə alınıb. Bu zəlzələ 1900-cü ildən bəri Venesuelada baş vermiş ən güclü zəlzələlərdən biri hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər