Dünya

ABŞ Ali Məhkəməsinin qərarı Trampı qəzəbləndirdi: "Çini təbrik edirəm"

30 Jun 2026, 23:55 2 baxış
ABŞ Ali Məhkəməsinin qərarı Trampı qəzəbləndirdi: "Çini təbrik edirəm"
ABŞ Prezidenti Donald Tramp ölkənin Ali Məhkəməsinin ABŞ ərazisində doğulan şəxslərə vətəndaşlıq verilməsi praktikasını qüvvədə saxlayan qərarını "Çinin qələbəsi" adlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Doğumla vətəndaşlıq məsələsində qazandığı böyük qələbəyə görə sədr Sini və böyük Çin xalqını təbrik etmək istəyirəm", - deyə Tramp yazıb.
Xatırladaq ki, Tramp daha əvvəl Ali Məhkəmənin onun təşəbbüsünü bloklayan qərarını icra edəcəyini bildirmişdi. O, doğumla vətəndaşlıq hüququnun yalnız valideynləri ABŞ-də qanuni əsaslarla yaşayan və ölkədə daimi məskunlaşmış şəxslərin uşaqlarına şamil edilməsini təklif etmişdi. ABŞ Prezidenti bundan əvvəl iddia etmişdi ki, Çindən olan varlı şəxslər övladlarının ABŞ vətəndaşlığı və Amerika pasportu alması üçün doğumla vətəndaşlıq hüququndan istifadə edirlər. Tramp ikinci prezidentlik müddətinə başladıqdan dərhal sonra bu hüququ məhdudlaşdırmağa çalışaraq ABŞ Konstitusiyasına 14-cü düzəlişin tətbiqinin dəyişdirilməsini tələb etmişdi. Lakin ABŞ Ali Məhkəməsi prezidentin bu təşəbbüsünü Konstitusiyaya zidd hesab edib. Bundan əvvəl Tramp ABŞ Konqresinə də doğumla vətəndaşlıq hüququnun ləğvi prosesinə başlanılmasını təklif etmişdi.
ABŞ Ali Məhkəməsinin qərarı Trampı qəzəbləndirdi: "Çini təbrik edirəm" ABŞ Ali Məhkəməsinin qərarı Trampı qəzəbləndirdi: "Çini təbrik edirəm"
Mənbə oxu.az

Oxşar Xəbərlər