Dünya

Tanınmış türkiyəli müğənninin qardaşı həbs edildi

01 Jul 2026, 00:00 3 baxış
Tanınmış türkiyəli müğənninin qardaşı həbs edildi
İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Şile Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində növbəti əməliyyat keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. İstintaq çərçivəsində Şile Bələdiyyə sədri Özgür Kabadayının rəhbərlik etdiyi iddia olunan cinayətkar qruplaşma ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan 17 şübhəlidən 13-ü barəsində həbs qətimkan tədbiri seçilib, dörd nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Şübhəlilər "cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq", "rüşvətalma", "hədə-qorxu yolu ilə pul tələbetmə" və "tender saxtakarlığı" kimi ittihamlarla üzləşiblər. Həbs edilənlər arasında tanınmış müğənni Haluk Leventin qardaşı Berkant Acil də var. Məhkəmənin qərarı ilə o da həbsxanaya göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər