Dünya

ABŞ Ali Məhkəməsindən transgender idmançılarla bağlı mühüm qərar

30 Jun 2026, 22:36 1 baxış
ABŞ Ali Məhkəməsindən transgender idmançılarla bağlı mühüm qərar
ABŞ Ali Məhkəməsi ştatların transgender idmançıların qadın və qarışıq idman komandalarında iştirakını məhdudlaşdıran qanunlar qəbul etmək hüququnu dəstəkləyib. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalının məlumatında deyilir. Məhkəmə Qərbi Virciniya və Aydaho ştatlarında məktəb idman yarışlarında transgender gənclərin iştirakını məhdudlaşdıran qanunları qüvvədə saxlayıb. Ali Məhkəmənin hakimi Brett Kavano qərarla bağlı rəyində bildirib ki, məktəblər qadın komandalarına idmançıları gender kimliyinə deyil, bioloji cins meyarına əsasən müəyyən edə bilərlər. Bu qərar hazırda ABŞ-nin 27 ştatında qüvvədə olan analoji qanunların hüquqi qüvvəsini qoruyur. Qeyd olunur ki, sözügedən məhdudiyyətlər son illərdə idman yarışlarında ədalətlilik prinsipi ilə bağlı geniş müzakirələr fonunda qəbul edilib. Xatırladaq ki, ötən il ABŞ Prezidenti Donald Tramp federal təhsil proqramlarının transgender qızların qadın idman komandalarında iştirakına icazə verməsini qadağan edən fərman imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər