Dünya

Braziliyada turist qayanın zirvəsində şəkil çəkdirərkən həyatını itirdi - VİDEO

30 Jun 2026, 21:12 2 baxış
Braziliyada turist qayanın zirvəsində şəkil çəkdirərkən həyatını itirdi - VİDEO
Braziliyada turist qayanın zirvəsində şəkil çəkdirmək istəyərkən faciəli şəkildə həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Need To Know" portalı məlumat yayıb. Hadisə iyunun 28-də səhər saatlarında Marika şəhərində yerləşən Pedra do Makako cığırında baş verib. 44 yaşlı Kaio Roşa Agiar Arrabal şəkil çəkdirmək üçün qaya meydançasına qalxsa da, müvazinətini itirərək hündürlükdən yıxılıb.

Həmin vaxt onun yanında olan qadın baş verənləri videoya çəkirdi. Görüntülərdə qadının kişini daha ehtiyatlı olmağa çağırdığı, bir neçə saniyə sonra isə qışqırmağa başladığı eşidilir. Məlumata görə, Kaio Araruama şəhərindən gələn turist qrupunu müşayiət edirdi. O bu marşrutla ilk dəfə hərəkət edirdi və hələ rəsmi tur bələdçisi lisenziyası almamışdı. Ərazinin mürəkkəb relyefi və sıx bitki örtüyü səbəbindən xilasedicilər hadisə yerinə dərhal çata bilməyiblər. Təxminən dörd saat davam edən xilasetmə əməliyyatına helikopter də cəlb olunub. Lakin xilasedicilər hadisə yerinə çatanda turist aldığı ağır xəsarətlərdən artıq vəfat etmişdi. Marika Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mateus Moura bildirib ki, həlak olan şəxs qayadan təhlükəsiz olmayan istiqamətdə enməyə cəhd edib. Onun sözlərinə görə, cığırın son hissəsi alpinizm təcrübəsi və xüsusi bacarıqlar tələb etsə də, marşrut ümumilikdə yüksək çətinlik dərəcəsinə malik hesab edilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər