Dünya

Dünyada ilk: Yunanıstanda nanopeyklər meşə yanğınlarını xəbər verəcəklər

30 Jun 2026, 20:24 1 baxış
Dünyada ilk: Yunanıstanda nanopeyklər meşə yanğınlarını xəbər verəcəklər
Yunanıstan dünyada ilk dəfə meşə yanğınlarını dərhal bilmək üçün nanopeyiklərdən istifadə edir. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb. Məlumata görə, dörd nanopeyk artıq istismara verilib. Bu cihazlar hər hansı bir yanğın təhlükəsi qeydə aldıqda dərhal yanğınsöndürmə xidmətlərinə siqnal ötürürlər. Həmin peyklər Almaniyanın "OroraTech" aerokosmik korporasiyası tərəfindən ərsəyə gətirilib və bu ilin may ayında orbitə buraxılıb. Süni intellekt və xüsusi istilik sensorları ilə təchiz edilən nanopeyklər dörd metrlik kiçik yanğın mənbələrini belə müəyyən edə bilirlər. Halbuki standart peyklər yalnız daha geniş miqyaslı yanğınları qeydə almaq imkanına malikdir. Yunanıstan ərazisində 1 may - 31 oktyabr tarixləri arası yanğın baxımından yüksək riskli dövr hesab edilir. Hazırda bir həftədən artıq müddətdir ki, Avropa ölkələri kəskin isti hava dalğasının təsiri altındadırlar. Qitənin bir sıra dövlətlərində yeni temperatur rekordları rəsmiləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər