Dünya
Venesuelada zəlzələlərdən sonra hansı yoluxucu xəstəliklər yayıla bilər? - ÜST-dən xəbərdarlıq
Venesuelada zəlzələlərdən sonra ölkə yoluxucu xəstəliklərin yayılması riski ilə üzləşir, çünki bir çox xəstəxanalar zərər görüb. Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə ÜST-nin Cenevrədəki rəsmi nümayəndəsi Kristian Lindmayer xəbərdarlıq edib. ÜST-nin məlumatına görə, bu günə qədər 38 xəstəxana ziyan görüb. Onlardan bəziləri fəaliyyətini tamamilə dayandırıb, digərləri isə həddindən artıq doludur, səhiyyə sistemi isə böyük gərginlik altındadır. Kristian Lindmayer qeyd edib ki, ölkədə qızılca, difteriya, göyöskürək və sarı qızdırma epidemiyası riski kəskin şəkildə artıb. Su təchizatı və sanitariya sistemlərinin zədələnməsi səbəbindən müvəqqəti yerləşdirmə məntəqələrindəki insanlar malyariya, denge qızdırması, çikunqunya və Zika virusu riski ilə üz-üzə qalıb. Vəziyyəti ağırlaşdıran səbəblərdən biri də hələ fəlakətdən əvvəl əhalinin aşağı peyvəndləmə nisbətləri və hazırda peyvəndlərin kəskin çatışmazlığıdır. Bundan əlavə, kritik həddə kadr çatışmazlığı qeydə alınır. Məsələn, La-Quayrada cəmi bir neçə həkim və doğum evlərinin təşkili üzrə yalnız bir mütəxəssis qalıb ki, bu da bölgəni normal mamalıq köməyindən məhrum edib.
Mənbə
oxu.az