Dünya

Ukraynalı iş adamına qarşı sui-qəsd cəhdinin detalları bəlli oldu

30 Jun 2026, 18:24 1 baxış
Ukraynalı iş adamına qarşı sui-qəsd cəhdinin detalları bəlli oldu
İyunun 29-da Monakoda baş vermiş partlayış Dnepropetrovskdakı çağrı mərkəzləri ilə əlaqədar olaraq ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilmiş məqsədyönlü sui-qəsd cəhdi ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri məlumat yayıb. Məlumata əsasən, hücum cinayətkar aləmin təmsilçiləri tərəfindən təşkil edilə bilər və bilavasitə Dnepropetrovskdakı qanunsuz çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlıdır. "Alef" korporasiyasının qurucusu olan sahibkarın özü bir müddət əvvəl Kipr vətəndaşlığını almaq xatirinə Ukrayna pasportundan imtina etmişdi. Qeyd edək ki, dünən Monakoda qeydə alınan güclü partlayış nəticəsində ukraynalı oliqarx Vadim Yermolayev, onun həyat yoldaşı və övladı xəsarət alıblar. Daha sonra partlayışı təşkil etməkdə şübhəli bilinən şəxsin fotosu ictimailəşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər