Dünya
Dünya üzrə milyarderlərin sayı rekord həddə çatdı
Dünya üzrə milyarderlərin sayı hazırda 3 302 nəfərə çataraq yeni rekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə İsveçrənin "UBS Group AG" bankının TASS-a təqdim edilən illik hesabatında qeyd olunub. Tədqiqat 2025-ci ilin aprel ayından 2026-cı ilin aprel ayınadək olan müddəti özündə birləşdirir. Hesabatda qeyd edilir ki, bu il qlobal miqyasda 3 302 dollar milyarderi mövcuddur və bu, 2025-ci ildəkindən 383 nəfər və ya təqribən 13.1% çoxdur. Həmin şəxslərin mindən çoxu ABŞ-də, 562-si Çində, 211-i isə Hindistanda yaşayır. Daha sonra 193 və 122 milyarderlə müvafiq olaraq Almaniya və Rusiya gəlir ki, bu da milyarderlərin sayının 100-ü ötdüyü son ölkələrdir. Bildirilir ki, bu şəxslərin böyük qismi 50 milyard dollardan az aktivə malikdir. 18 nəfərin varidatı 50-100 milyard dollar, digər 19 nəfərin sərvəti isə 100 milyard dollardan yuxarı olaraq qiymətləndirilir. Üstəlik, sonunculardan 15-i ABŞ-də yaşayır. Məlumata əsasən, 2026-cı ildə milyarderlərin ümumi sərvəti 2025-ci illə müqayisədə 25% artım nümayiş etdirib.
Mənbə
oxu.az