Dünya

Avropa İttifaqı Ukraynaya 3.8 milyard avroluq müdafiə yardımı ayırdı

30 Jun 2026, 17:08 2 baxış
Avropa İttifaqı Ukraynaya 3.8 milyard avroluq müdafiə yardımı ayırdı
Avropa İttifaqı yeni "Ukraine Support Loan" proqramı üzrə Ukraynaya ilk 3.8 milyard avroluq müdafiə yardımını köçürüb. Oxu.Az xəbər verir ki, bu məlumatı ölkənin Baş naziri Yuliya Sviridenko "Telegram" kanalında açıqlayıb. "Bu vəsaitlər ən vacib müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə - Ukrayna dronlarının istehsal edilməsinə, hərbi-sənaye kompleksinin imkanlarının genişləndirilməsinə və ön cəbhədəki hərbçilərin təcili təchizatla təmin olunmasına yönəldiləcək", - deyə nazir bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər