Dünya

SAXAL "İslami Cihad" dəstəsinin komandirini məhv edib

30 Jun 2026, 16:44 2 baxış
SAXAL "İslami Cihad" dəstəsinin komandirini məhv edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında endirdiyi zərbə ilə Fələstinin radikal "İslami Cihad" qruplaşmasının döyüşçü dəstəsinin komandirini məhv edib. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi açıqlama yayıb. "İsrail Silahlı Qüvvələri tərəfindən "İslami Cihad" terror qruplaşmasının komandiri Təlal Caber Əbd əl-Aal öldürülüb. O, 2023-cü ildə 7 oktyabr qətliamı zamanı İsrail ərazisinə soxulub və girovların saxlanılmasında iştirak edib", - deyə bəyanatda deyilir. Mətbuat xidməti həmçinin əlavə edib ki, hərbi əməliyyat həyata keçirilməzdən öncə mülki əhaliyə dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə lazımi qabaqlayıcı tədbirlər icra olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər