Mədəniyyət

Mədəniyyət layihələri üçün qrant müsabiqələrinin keçirilmə qaydası təsdiqlənib

30 Jun 2026, 15:36 2 baxış
Mədəniyyət layihələri üçün qrant müsabiqələrinin keçirilmə qaydası təsdiqlənib
Nazirlər Kabineti "Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası"nı təsdiqləyib. Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirilmə məqsədi daşıyır.
Mənbə oxu.az

Oxşar Xəbərlər