Dünya

Monakodakı terror aktının necə baş verdiyi açıqlanıb

30 Jun 2026, 14:28 3 baxış
Monakodakı terror aktının necə baş verdiyi açıqlanıb
Monakoda baş verən terror aktı partladıcı yerləşdirilmiş poçt bağlamasının partladılması yolu ilə həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə knyazlığın hökuməti "X" sosial şəbəkəsində məlumat yayıb. Hakimiyyət orqanları hadisə nəticəsində üç nəfərin - iki yetkin şəxs və bir uşağın xəsarət aldığını dəqiqləşdirib. Bildirilib ki, Monakodakı güclü partlayış zamanı ukraynalı oliqarx Vadim Yermolayev, onun həyat yoldaşı və uşağı yaralanıb. Monakonun Dövlət naziri Kristof Mirman baş verənləri terror aktı adlandırıb və knyazlığın tarixində daha əvvəl belə bir hadisənin yaşanmadığını xüsusi vurğulayıb. Bir müddət sonra hücumu təşkil etməkdə şübhəli bilinən şəxsin fotosu ictimaiyyətə təqdim olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər