Mədəniyyət
Qəbələdəki Cotari kilsəsi multikulturalizm və tolerantlıq rəmzi kimi - FOTOREPORTAJ
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Cotari alban-udi kilsəsi Azərbaycanın zəngin dini və mədəni irsini əks etdirən tarixi abidələrdən biridir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, kilsə 1723-cü ildə yerli sakinlərin vəsaiti hesabına inşa olunub və adını qəsəbənin Cotari məhəlləsindən götürüb. Bu ibadət məkanı uzun illər Nicdə yaşayan udi icmasının dini həyatında mühüm rol oynayıb. Sovet hakimiyyəti dövründə kilsə anbar kimi fəaliyyət göstərib. Müstəqillik illərində tarixi abidənin bərpasına xüsusi diqqət yetirilib və 2003-cü ildə burada əsaslı təmir-bərpa işlərinə başlanılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra kilsə 2006-cı ildə istifadəyə verilib. Hazırda Cotari alban-udi kilsəsi həm dini ibadət məkanı, həm də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin simvollarından biri kimi fəaliyyət göstərir. Tarixi və memarlıq əhəmiyyəti ilə seçilən bu abidə yerli və xarici turistlərin də böyük maraq göstərdiyi məkanlar sırasındadır. Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Cotari alban-udi kilsəsindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az