Dünya

Hindistanda boru kəmərində yanğın: 35 nəfər xəsarət alıb - FOTO/VİDEO

30 Jun 2026, 10:12 2 baxış
Hindistanda boru kəmərində yanğın: 35 nəfər xəsarət alıb - FOTO/VİDEO
Hindistanın Qərbi Benqal ştatında yerləşən "Haldia Petrochemicals" neft-kimya müəssisəsinə məxsus boru kəmərində güclü yanğın qeydə alınıb və nəticədə minimum 35 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "TASS" agentliyi ştatın Midnapur rayonu administrasiyasının açıqlamasına istinadən məlumat yayıb.

Rəsmi qurumların bildirdiyinə əsasən, xəsarət alanlardan bəzilərinin səhhəti ağır qiymətləndirilir. Əraziyə 10-dan artıq yanğınsöndürmə briqadaları cəlb olunub. Hələlik ölüm halları barədə heç bir fakt qeydə alınmayıb və alovun tamamilə lokallaşdırılması haqqında məlumat yoxdur. Baş vermiş fövqəladə vəziyyətlə əlaqədar olaraq, ərazinin yaxınlığından keçən dəmiryol xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb. "Haldia Petrochemicals" şirkətindən bildirilib ki, yanğın nafta nəql olunan boru kəmərində baş verib. İlkin ehtimallara əsasən, hadisəyə neft məhsullarının qanunsuz yolla çəkildiyi ərazidə yaranan nasazlıq səbəb ola bilər. Hazırda faktla bağlı müvafiq təhqiqat işlərinə başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər