Dünya

Tonqada güclü zəlzələ baş verib

30 Jun 2026, 08:50 1 baxış
Tonqada güclü zəlzələ baş verib
Sakit okeanın cənub akvatoriyasında yerləşən Tonqa Krallığı ərazisində 5.2 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avstraliyanın dövlət geologiya bürosu məlumat yayıb. Seysmoloqların məlumatına əsasən, yeraltı təkanların episentri 24 mindən çox əhalisi olan ada dövlətinin paytaxtı Nukualofa şəhərindən 200 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Hadisə nəticəsində itki və ya dağıntılar barədə heç bir məlumat daxil olmayıb. Eyni zamanda, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər