Dünya

Fransada şiddətli istilər Eyfel qülləsinin uzanmasına səbəb oldu

30 Jun 2026, 07:34 2 baxış
Fransada şiddətli istilər Eyfel qülləsinin uzanmasına səbəb oldu
İsti hava şəraitində Eyfel qülləsinin hündürlüyü metalın istilik nəticəsində genişlənməsi səbəbindən təxminən 10 santimetr artır. Oxu.Az RTL telekanalına istinadən xəbər verir ki, bu barədə fransalı memar Bertran Lemuan məlumat verib. "Mənfi 10 dərəcədən müsbət 40 dərəcəyədək temperatur dəyişdikdə Eyfel qülləsinin hündürlüyü təxminən 10 santimetr artır", - deyə mühəndis bildirib. Lemuanın sözlərinə görə, bu, hər 10 dərəcə temperatur fərqinə görə təxminən iki santimetr deməkdir. O qeyd edib ki, bu hadisə qüllənin inşa edildiyi pudlinq dəmirinin xüsusiyyətləri ilə bağlıdır. Belə ki, istiliyin təsiri altında bu metal genişlənir.
Mənbə oxu.az

Oxşar Xəbərlər