Dünya

Gözlərdə linza ilə su hövzələrində çimmək nə dərəcədə təhlükəlidir? - Oftalmoloqdan xəbərdarlıq

30 Jun 2026, 07:02 2 baxış
Gözlərdə linza ilə su hövzələrində çimmək nə dərəcədə təhlükəlidir? - Oftalmoloqdan xəbərdarlıq
"Kontakt linzalarla gölməçələrdə və digər durğun su hövzələrində çimmək göz sağlamlığı üçün ciddi təhlükə yaradır". Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq Aleksey Yeqorov 360.ru nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, durğun su hövzələrindəki mühit xüsusi mikroorqanizmlərin inkişafı üçün əlverişlidir: "Kontakt linzalarla, xüsusən də durğun sularda çimmək qətiyyən olmaz. Belə ərazilərdə yaşayan akantameba (mikroskopik parazit) linzanın altına daxil ola və orada çoxalmaq üçün ideal şərait tapa bilər. Bu mikroorqanizmin səbəb olduğu "akantameba keratit" xəstəliyinin müalicəsi isə olduqca çətindir". Oftalmoloq ya linzasız çimməyi, ya da çimdikdən dərhal sonra linzaları çıxarıb gözləri xüsusi antiseptik məhlulla yaxalamağı tövsiyə edib. A.Yeqorov vurğulayıb ki, istifadə qaydalarına əməl edildikdə kontakt linzalar tamamilə təhlükəsizdir və insanlara eynəksiz rahat yaşamaq imkanı verir. Lakin həkim xatırladıb ki, gözlərdə iltihabi xəstəliklər və ya buynuzlu qişanın zədələnməsi zamanı linzalardan istifadə etmək qəti qadağandır.
Mənbə oxu.az

Oxşar Xəbərlər