Dünya

KİV: Keçmiş şahzadə Endryu xidmətçilərdən ona vampir göndərmələrini istəyib

30 Jun 2026, 04:44 1 baxış
KİV: Keçmiş şahzadə Endryu xidmətçilərdən ona vampir göndərmələrini istəyib
Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu əməkdaşları ilə söhbətində ondan bütün kral qanını sovuracaq vampir göndərmələrini istəyib. Oxu.Az "Daily Express"ə istinadən xəbər verir ki, bu ifadə Endryu Vindzor qəsrinin yaxınlığındakı iqamətgahını tərk edərək daha sadə kottecə köçməyə məcbur olduqdan sonra səslənib. Bildirilib ki, Endryu xidmətçilərdən ona 2025-ci ilin oktyabrında kral tərəfindən rəsmi olaraq əlindən alınmış əvvəlki titulu ilə müraciət etmələrini tələb edib. O, etirazların qarşısını almaq üçün bildirib ki, damarlarındakı "hər damla kral qanını içməsi üçün ona vampir göndərilənədək" bu tələbində israr edəcək. Mənbələrin məlumatına görə, o, özünü "günah keçisi" hesab edir və Kral III Çarlzı səlahiyyətlərini aşmaqda ittiham edir. Bununla yanaşı, monarxla şəxsi görüş təşkil etmək cəhdləri nəticəsiz qalıb. Qeyd olunurr ki, Endryu, həmçinin iqamətgahını tərk etməsi ilə bağlı kompensasiya və keçmiş həyat yoldaşı Sara Fergüsona maliyyə dəstəyi tələb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər