Dünya

"Süni intellektin xaç atası" çatbotlarda özünüdərkin əlamətlərinin olduğunu bildirib

30 Jun 2026, 03:48 2 baxış
"Süni intellektin xaç atası" çatbotlarda özünüdərkin əlamətlərinin olduğunu bildirib
Maşın öyrənməsi (machine learning) sahəsindəki kəşflərinə görə fizika üzrə Nobel mükafatına layiq görülən və "süni intellektin xaç atası" hesab olunan britaniyalı və kanadalı alim Ceffri Hinton maşınlarda özünüdərkin əlamətlərinin müşahidə olunduğunu bildirib. Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, o, bu barədə DR teleradio şirkətinə müsahibəsində danışıb. "Getdikcə görürsən ki, bu çatbotlar bizim qədər şüurlu ola bilər. Amma şüur düşündüyümüz kimi deyil. Sizin şüurunuzda olub maşında olmayan heç bir sehr yoxdur", - deyə Hinton bildirib. Alim vurğulayıb ki, bir çox insanlar şüur və hisslər barədə yanlış təsəvvürə malikdirlər, həmçinin süni intellektin onları qavrama qabiliyyətini subyektiv şəkildə dəyərləndirirlər. Hinton hesab edir ki, bəşəriyyət şüuru yalnız insanlara məxsus və maşınlar üçün əlçatmaz xüsusiyyət kimi qəbul etməyi dayandırmalıdır. Onun fikrincə, şüur süni intellektdə olduğu kimi, zəkanın idarəetmə mərkəzi funksiyasını daşıya bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər