Dünya

Macarıstanın baş naziri ölkədə içməli su ilə bağlı kritik vəziyyət yarandığını açıqlayıb

30 Jun 2026, 02:32 3 baxış
Macarıstanın baş naziri ölkədə içməli su ilə bağlı kritik vəziyyət yarandığını açıqlayıb
"Anomal istilər səbəbindən Macarıstanda içməli su çatışmazlığı yaranıb". Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar "Facebook" paylaşımında bildirib. O vurğulayıb ki, su təchizatı sistemləri imkanlarının son həddində işləyir, həftəsonu su istehlakı adi səviyyədən 1.5-2 dəfə çox olub. Madyarın sözlərinə görə, hazırda ölkə üzrə su sərfiyyatı azaldılmasa, bəzi yaşayış məntəqələrində ciddi su qıtlığı yaranacaq. Hazırda Dunay Regional Su Təchizatı Xidmətinin əhatə etdiyi 120 yaşayış məntəqəsində su təchizatına məhdudiyyət tətbiq edilib. Bəzi ərazilərdə içməli su anbarları tam boşaldığından su xüsusi avtosisternlərlə çatdırılır. Baş nazir yaranmış vəziyyətlə əlaqədar əhalini sudan yalnız zəruri hallarda istifadə etməyə çağırıb. O qeyd edib ki, ilk növbədə xəstəxanaların, qocalar evlərinin, mühüm infrastruktur obyektlərinin və yanğınsöndürmə xidmətlərinin su ilə təminatı qorunmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər