Dünya
Çində fiber-optik rabitənin ötürücülük qabiliyyəti üzrə rekord qeydə alınıb
Çinli tədqiqatçılar sınaqlar zamanı aralıq optik gücləndiricilər və retranslyatordan istifadə etmədən 206/5 km uzunluğundakı sahədə fiber-optik rabitə xətləri ilə ümumi sürəti 51.3 terabit/s olan məlumat ötürülməsini təmin edə biliblər. Oxu.Az "TrendForce" portalına istinadən xəbər verir ki? sınaqlar kommersiya şəbəkələrində istismara maksimum yaxın şəraitdə təşkil olunub. Layihənin əsas xüsusiyyəti içi boş nüvəli optik lifdən istifadə edilməsi olub. İşığın şüşə vasitəsilə yayıldığı ənənəvi kabellərdən fərqli olaraq, yeni konstruksiyada lifin daxilindəki hava kanalından istifadə olunur. Bu yanaşma məlumatın ötürülməsi zamanı ləngiməni azaltmağa, magistral şəbəkələrin və məlumatların emalı mərkəzlərinin potensial ötürücülük qabiliyyətini artırmağa imkan verir. Test zamanı mühəndislər bir dalğa uzunluğunda 1/2 Tbit/s-ə qədər sürət əldə ediblər. Ümumi ötürücülük qabiliyyəti isə heç bir təkrarlayıcı olmadan 51,3 Tbit/s təşkil edib. Tədqiqatçıların sözlərinə görə, bu, məsafədən qidalanan gücləndiricilər olmadan işləyən spektral sıxlaşdırma sistemləri üçün ən yaxşı nəticədir. Rekord göstəricilərə nail olmaq üçün mühəndislər kanalların adaptiv idarə edilməsi sistemini hazırlayıblar. Bu sistem real vaxt rejimində gücü və ötürmə sürətini ayrı-ayrı dalğa uzunluqları arasında yenidən bölüşdürür. Beləliklə, içi boş lifdə siqnalın yayılma xüsusiyyətlərini kompensasiya etmək və mövcud ötürücülük qabiliyyətindən daha səmərəli istifadə etmək mümkün olub.
Mənbə
oxu.az