Dünya

Azərbaycanlı gənc Polşada göldə boğulub

30 Jun 2026, 01:36 2 baxış
Azərbaycanlı gənc Polşada göldə boğulub
Polşadakı göllərdən birində Gürcüstanın azərbaycanəsilli vətəndaşı boğularaq ölüb. Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Polşaya işləmək məqsədilə gedən Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsinin sakini 23 yaşlı Elvar Sariyevdir. Hadisə iyunun 28-i Bjeje kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Gənc oğlan dostları ilə birlikdə göldə çimərkən boğularaq ölüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər