Dünya
Hörmüz boğazının blokadasından ən çox hansı dövlət faydalandı?
Hörmüz boğazının blokadası bir çox ölkəyə ciddi iqtisadi ziyan vursa da, Çin bu vəziyyətdən qalib çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti "The Asia Group" konsaltinq şirkətinin analitiklərinin rəylərinə istinad məlumat yayıb. Ekspertlər əmindirlər ki, Pekin öz rəqabətqabiliyyətliliyini və iqtisadi sarsıntıları yumşaltmaq imkanlarını nümayiş etdirərək mövqelərini möhkəmləndirib. Üstəlik, ABŞ-nin sabitliyi pozan siyasəti Çinə etibarlı və daha çox üstünlük verilən tərəfdaş statusu qazandırıb. Bundan əlavə, Çinin dominantlıq etdiyi seqmentlər - Günəş panelləri, batareyalar və elektromobillər kimi ekoloji cəhətdən təmiz enerji texnologiyalarına qlobal tələbat sürətlənib. "Hörmüz boğazının bağlanması dünya bazarında enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olub. Lakin Çin daxili enerji ehtiyatlarından istifadə etməklə, həmçinin yerli neftayırma zavodları üçün ixrac məhdudiyyətləri və kvotalar tətbiq etməklə mənfi fəsadların böyük hissəsindən yayına bilib. Asiyanın digər ölkələri barədə isə bunu demək mümkün deyil", - məqalədə deyilir.
Mənbə
oxu.az