Dünya
"Real Madrid" və Florentino Peres Venesuelaya yardım edəcəklər
"Real Madrid" futbol klubu və klubun prezidenti Florentino Peres Venesueladakı zəlzələ qurbanlarına yardım üçün iki milyon avro ayıracaq. Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Bundan başqa, "Real" Fondu Qırmızı Xaçla birlikdə zərərçəkənlər üçün ianə toplama kampaniyasına da başlayıb. "Real Madrid" olaraq bu çətin vaxtlarda Venesuela xalqına bütün dəstəyimizi, sevgimizi və həmrəyliyimizi ifadə etmək istəyirik", - klubun rəsmi saytındakı paylaşımda qeyd olunub.
Mənbə
oxu.az