Dünya

Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"

29 Jun 2026, 23:24 1 baxış
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
"Livan öz hərbi qulluqçularını İsraililə sərhəddə yerləşdirmək vəzifəsini yerinə yetirmək əzmindədir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperi qəbul edərkən deyib. "Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədin bütün uzunluğu boyunca yerləşdiriləcək və İsrail buna mane olmamalıdır", - deyə siyasətçi bildirib. Aun amerikalı admiralla söhbəti zamanı Livan-İsrail danışıqlarının beşinci raundunun yekunlarına əsasən, iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin uğurla icra edilməsinin vacibliyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər