Dünya
İranlı kontr-admiral qəzada öldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrində (HDQ) ali liderin nümayəndəsinin müavini, kontr-admiral Məhəmməd Əkbərzadə ölkənin cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Oxu.Az bu barədə İranın İRİB dövlət teleradioşirkətinə istinadən xəbər verir Məlumata əsasən, hərbi rəsmini aparan avtomobil Kirman əyalətinin yollarından birində aşıb. Kontr-admiral xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mənbə
oxu.az