Dünya
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Sənəd Kobaxidzenin Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanada imzalanıb. İki ölkənin hökumət üzvləri arasında keçirilən danışıqlardan sonra mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində də memorandumlar imzalanıb. Bundan başqa, Gürcüstan hökumətinin məlumatına görə, Tokayev Kobaxidzeni I dərəcəli "Dostluq" ordeni ilə təltif edib.
Mənbə
oxu.az