Dünya

Makron ictimaiyyət qarşısına yenidən günəş eynəyi ilə çıxdı - VİDEO

29 Jun 2026, 22:00 1 baxış
Makron ictimaiyyət qarşısına yenidən günəş eynəyi ilə çıxdı - VİDEO
Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Haysam bin Tariq Al Səidlə rəsmi görüş zamanı yenidən "Henry Jullien" markalı günəş eynəyi ilə ictimaiyyət qarşısına çıxıb. Oxu.Az BFMTV-yə istinadən xəbər verir ki, telekanalın videoreportajında Makronun qapalı məkanda keçirilən sazişlərin imzalanması mərasimi zamanı da eynəyini çıxarmadığı görünür.

Xatırladaq ki, yanvar ayında Fransa lideri Davosda keçirilən Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı bir neçə rəsmi tədbirdə "Henry Jullien" brendinə məxsus günəş eynəyi taxmışdı. Həmin vaxt o, gözündə damar çatladığı üçün bu aksessuardan istifadə etməli olmuşdu. Bu hadisə istehsalçı şirkətin saytına marağın kəskin artmasına səbəb olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər