Dünya

Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib

29 Jun 2026, 20:36 2 baxış
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
İyunun 29-da Yaponiya yeni ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəyə enib. Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:59-a olan vəziyyətə əsasən, dolların məzənnəsi 0.11% artaraq 161.93 yenə çatıb, gün ərzində isə maksimum 161.97 yen təşkil edib. Bu azalma Yaponiya Bankının iyun ayındakı iclasının yekunlarına görə uçot dərəcəsini 1%-ə - 1995-ci ildən bəri ən yüksək səviyyəyə qaldırmasına baxmayaraq baş verib. Bundan əlavə, ölkə aprelin 28-dən mayın 27-nə qədər milli valyutanın məzənnəsini dəstəkləmək məqsədilə valyuta müdaxilələrinə rekord məbləğdə - 11.73 trilyon yen (72 milyard dollar) vəsait xərcləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər