Dünya

İtaliyada dözülməz istilər: 22 şəhərdə maksimal təhlükə səviyyəsi elan edildi - VİDEO

29 Jun 2026, 19:32 1 baxış
İtaliyada dözülməz istilər: 22 şəhərdə maksimal təhlükə səviyyəsi elan edildi - VİDEO
İtaliyanın Səhiyyə Nazirliyi iyunun 29-da kəskin istilər səbəbindən Roma da daxil olmaqla, 22 şəhərdə hava ilə bağlı ən yüksək - qırmızı təhlükə səviyyəsini elan edib. Oxu.Az-ın məlumatına görə, bu barədə bildiriş nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda xəbərdarlıq 30 iyun və 1 iyul tarixlərində 25 şəhərə şamil ediləcək. Söhbət həmçinin Bari, Bolonya, Venesiya, Genuya, Neapol, Florensiya və Milandan da gedir. Həddindən artıq istilərə görə meteoroloqlar bütün ehtiyat tədbirlərinə əməl etməyə çağırır. Bu, xüsusilə uşaqlar və yaşlılara şamil olunur. Onlara mümkün olduğu qədər evdə qalmaları, bol su içmələri və fiziki yüklənmələri məhdudlaşdırmaları tövsiyə olunur. "La Repubblica" qəzetinin yazdığına görə, Liquriya bölgəsində bəzi yerlərdə kondisioner sistemlərinin həddindən artıq yüklənməsi elektrik kəsintilərinə səbəb olub. Romada Kolizeyin divarları yaxınlığında tibbi yardım məntəqəsi və su vasitəsi ilə sərinlik yaradan xüsusi qurğu fəaliyyət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər