Dünya

Fransada valideyn səhlənkarlığı: İsti havada avtomobildə qalan uşağı yoldan keçən qadın xilas etdi

29 Jun 2026, 18:24 2 baxış
Fransada valideyn səhlənkarlığı: İsti havada avtomobildə qalan uşağı yoldan keçən qadın xilas etdi
Fransada yoldan keçən qadın çimərlik yaxınlığında avtomobilin içində kilidli vəziyyətdə qalmış iki yaşlı körpəni xilas etməyi bacarıb. Oxu.Az-ın "La Provence"ə istinadən verdiyi məlumata görə, hadisə Marseldə baş verib. Havanın hərarəti 40 dərəcəyə yüksəldiyi vaxt, qadın birbaşa günəş şüalarının altında park edilmiş maşının içində uşağı görüb. O, körpənin səhhətinin ağırlaşmasına imkan vermədən avtomobilin şüşəsini qıraraq dərhal xilasetmə xidmətinə müraciət edib. Məlumata görə, valideynlər əşyaları götürmək məqsədilə növbə ilə çimərlikdən gediblər və hər ikisi uşağın digərinin yanında olduğunu zənn edib. Onlar körpənin nəqliyyat vasitəsində tənha qaldığını anladıqdan sonra dərhal geriyə qayıdıblar. Bildirilir ki, azyaşlı tibbi yoxlanışdan keçirilmək üçün təcili yardım mərkəzinə yerləşdirilib, hazırda onun səhhəti qənaətbəxş hesab olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərlə izahat işi aparıblar. Onlara qarşı hansı hüquqi tədbirin görüləcəyi hələlik məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər