Dünya
ABŞ həbsxanaları narkotik daşıyan dronlar üçün "miniaeroportlara" çevrilir
ABŞ-də federal hakimiyyət orqanları federal həbsxanalara dronlar vasitəsilə qaçaqmalçılığın qarşısını almaq üçün tarixdəki ən böyük əməliyyatı keçirib. Oxu.Az-ın "Wall Street Journal" nəşrinə istinadən yaydığı xəbərə əsasən, onlarla insan ABŞ-nin ən azı on islah müəssisəsinə silah, mobil cihazlar, narkotik vasitələr və qaçış üçün nəzərdə tutulan alətlərin ötürülməsini təşkil etməkdə təqsirləndirilib. Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Marlo Qremin sözlərinə görə, bəzi həbsxanalarda dronlar o qədər tez-tez uçur ki, axşamlar bu, "kiçik aeroportun" işini xatırladır. Araşdırma zamanı 38 epizod aşkarlanıb. Qruplaşma Luizianadan Virciniyaya qədər fəaliyyət göstərərək Çin şirkətinin istehlakı dronlarından istifadə edib. Bütövlükdə, Federal Həbsxanalar Bürosu tərəfindən 2024-cü il ərzində dronların əraziyə 479 qanunsuz daxilolma halı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə bu göstərici cəmi 23 dəfə olub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər