Dünya

İsrail prezidenti Livanla imzalanan çərçivə sazişinin əsas detallarını AÇIQLADI

29 Jun 2026, 17:52 1 baxış
İsrail prezidenti Livanla imzalanan çərçivə sazişinin əsas detallarını AÇIQLADI
"ABŞ-ın vasitəçiliyi ilə iyunun 26-da İsrail və Livan nümayəndələri tərəfindən imzalanmış çərçivə sazişi iki ölkə arasında sülhün təməlini qoya bilər". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Rumıniyada səfərdə olarkən deyib. "Bütün qonşularımızla terror və zorakılıq təhlükəsi olmadan sülh şəraitində yaşamaq istəyirik. İranın təzyiqi olmadan Livanla sülhə can atırıq. Mən İsrail ilə Livan arasında imzalanmış, bu cür sülhün əsasını təşkil edə biləcək qarşılıqlı anlaşma sazişini alqışlayıram", - deyə Hersoq bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı və beynəlxalq ictimaiyyət bu razılaşmaları dəstəkləməli, eyni zamanda Livanın iqtisadiyyatını, sabitliyini bərpa etməyə və İsrailin təhlükəsizliyini təmin etməyə kömək göstərməlidir. Bundan əlavə, o vurğulayıb ki, İsrail Suriya ilə dinc münasibətlər qurmağa çalışır və Qəzza zolağında münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Lakin onun sözlərinə görə, Qəzzada sülh yalnız BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin tam icrası yolu ilə və ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının himayəsi altında bərqərar ola bilər. Hersoq bildirib ki, bu proses qətnaməyə uyğun olaraq HƏMAS-ın dərhal tərksilah edilməsi ilə başlamalıdır. Xatırladaq ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrail və Livanın Vaşinqtondakı səfirləri ilə birlikdə beş raundluq danışıqlardan sonra tərəflər arasında əldə olunan çərçivə sazişini elan edib. Həmin sənədə əsasən, ilkin mərhələdə İsrail hərbçiləri Litani çayının cənub və şimalındakı iki zonanı Livan ordusunun nəzarətinə verəcək. Mərhələli şəkildə Livan silahlı qüvvələri bütün ərazi üzərində effektiv suveren nəzarəti bərpa edəcək. Qeyri-hökumət silahlı qruplaşmaları tərksilah ediləcək və onların hərbi infrastrukturu məhv ediləcək ki, bu da gələcəkdə İsrail qoşunlarının tamamilə geri çəkilməsi üçün zəmin yaradacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər