Dünya

Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur

29 Jun 2026, 16:08 2 baxış
Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur
Avropa İttifaqının (Aİ) bir qrup məmuru Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyətinin dayandırılmasını tələb edir. Oxu.Az xəbər verir ki, bu məlumatı Avropanın "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. "Həm Avropa Şurasında, həm də Avropa Komissiyasında Avropa Xarici Fəaliyyət Xidmətini ləğv etmək istəyən bir qrup var. Qurumun fəaliyyətini davam etdirməsini istəyənlər də var, lakin onlar azlıq təşkil edirlər", - adının açıqlanmasını istəməyən Aİ rəsmisi bildirib. Nəşr vurğulayır ki, EEAS-ın bir çox funksiyası tədricən Avropa Komissiyasının (AK) səlahiyyətinə verilir. Bir diplomatın fikrincə, müasir dövrdə diplomatiyanı sənaye, texnologiya və ticarət siyasətindən ayrı təsəvvür etmək mümkün deyil, "bütün bu rıçaqlar isə Avropa Komissiyasında cəmləşib". Bildirilir ki, reallıqda AK və diplomatik xidmət arasındakı vəzifə bölgüsü kifayət qədər qeyri-müəyyəndir. Bundan əlavə, AK-nın sədri Ursula fon der Lyayenin qərarlar verməsi üçün mütləq yekdil səs çoxluğuna ehtiyacı yoxdur. Məqalədə Ursula fon der Lyayenlə Avropanın baş diplomatı Kaya Kallas arasında mövcud olan şəxsi gərginliyə də diqqət çəkilib. Kimliyini açıqlamayan mənbənin sözlərinə əsasən, Kallas qeyri-rəsmi mühitlərdə fon der Lyayenin idarəçilik metodlarını kəskin tənqid edərək, onu diktator adlandırıb. Bununla belə, qəzet yazır ki, Kaya Kallas da rəhbərlik etdiyi xidmətdəki struktur problemlərinin fərqindədir. Avropalı məmurun sözlərinə görə, o, yay aylarının sonunda qurum daxilində islahatlar həyata keçirəcəyini vəd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər