Dünya

Venesuela növbəti dəfə silkələndi

29 Jun 2026, 16:12 2 baxış
Venesuela növbəti dəfə silkələndi
Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbiət hadisəsinin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib. Qeyd edək ki, iyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 1 450 nəfərə yüksəlib, xəstəxanalarda isə 3,2 mindən çox xəsarət alan şəxs var. Xeyli sayda yaşayış evi dağılıb, infrastruktur obyektləri və xəstəxanalara ziyan dəyib, həmçinin ölkənin əsas hava limanı bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər