Dünya
Tramp: "İran tərəfi ABŞ rəsmiləri ilə görüş istəyib"
Sabah İran və Vaşinqton rəsmiləri arasında görüş keçirilə bilər. Oxu.Az-ın məlumatına əsasən, bu barədə Donald Tramp "Truth Social" şəbəkəsində paylaşım edib. "İran tərəfi görüşmək istədiyini bildirdi. Görüş sabah Dohada keçiriləcək", - deyə ABŞ prezidenti "Truth Social"da yazıb. Bundan öncə isə ABŞ ilə memorandumun icrası üzrə danışıqlar komandasının üzvü olan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada ABŞ ilə texniki məsləhətləşmələrin başlaması barədə məlumatı təkzib etmişdi.
Mənbə
oxu.az