Dünya

Tehran və Doha İranın altı milyard dollarlıq aktivləri ilə bağlı razılığa gəldilər

29 Jun 2026, 15:12 1 baxış
Tehran və Doha İranın altı milyard dollarlıq aktivləri ilə bağlı razılığa gəldilər
Tehran və Doha İranın əmirlikdəki ümumi məbləği 12 milyard dollarlıq aktivlərindən altı milyard dollarının blokdan çıxarılması barədə razılığa gəliblər. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkianın mətbuat xidməti məlumat yayıb. "Əldə edilən razılaşmalara əsasən, Qətərdə saxlanılan İranın ümumi 12 milyard dollarlıq vəsaitlərindən altı milyard dolları blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması üçün də lazımi işlər davam edir", - deyə Məsud Pezeşkian bildirib. İyunun 20-də "The Wall Street Journal" qəzeti yazmışdı ki, ABŞ Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsinin humanitar mallar əldə edilməsi üçün İran tərəfindən istifadə olunmasına dair mexanizm üzərində işləyir. Nəşrin məlumatına görə, Tehran əvvəlcə Qətərdə saxlanılan altı milyard dollara çıxış əldə edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər