Dünya

Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO

29 Jun 2026, 14:24 22 baxış
Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sosial şəbəkə paylaşımına istinadla məlumat yayıb. "Özəl şirkətə ziyan dəyib. İlkin ehtimallara görə, xəsarət alanlar mövcuddur", - deyə A.Qanja yazıb. Daha sonra o, 22 yaşlı bir kişinin vəziyyətinin ağır olaraq qiymətləndirildiyini bildirib: "Tibb işçiləri zərərçəkənlərə bütün zəruri yardımları göstərirlər. Dəqiqləşdirilmiş məlumatlara əsasən, azı 20 nəfər yaralanıb. Dörd nəfər isə həlak olub".
Mənbə oxu.az

Oxşar Xəbərlər