Dünya

Bəşəriyyəti hantavirusun yeni dalğası gözləyir?

29 Jun 2026, 15:00 2 baxış
Bəşəriyyəti hantavirusun yeni dalğası gözləyir?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirus infeksiyası ətrafında yaranmış durumun stabilləşdiyini elan edib. Oxu.Az-ın məlumatına əsasən, Tedros Qebreyesus bu barədə "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib. ÜST nümayəndəsi "hantavirusun yeni alovlanmasını gözləməyə dəyərmi?" sualına cavab olaraq bildirib ki, xəstəliyin yayılma prosesi başa çatmaq üzrədir. Məlumata görə, Cənubi Afrikada hantavirusla bağlı iki hadisə üzrə təmasda olan şəxslərin müşahidəsi başa çatıb, yeni yoluxma aşkarlanmayıb, karantin ləğv edilib. İspaniya və Niderlandda da karantin aradan qaldırılıb. Nəzarət altında 30 təmasda olan şəxs qalır. Ümumilikdə, bu günə qədər üçü ölümlə nəticələnən cəmi 13 yoluxma halı müəyyən edilib. Qeyd edək ki, bir neçə həftə öncə ÜST cəmiyyət üçün mövcud təhlükəni ümumi olaraq aşağı səviyyədə dəyərləndirərək genişmiqyaslı yoluxma və ya pandemiya ehtimalının olmadığını bəyan etmişdi. Mövcud vəziyyət qurumun bu proqnozunu bir daha sübuta yetirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər