Dünya
Pakistanda zəlzələ olub
Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir.
Mənbə
oxu.az