Dünya

Finlandiya nüvə silahı ilə bağlı qadağanı ləğv etdi

27 Jun 2026, 04:02 3 baxış
Finlandiya nüvə silahı ilə bağlı qadağanı ləğv etdi
Finlandiya Prezidenti Aleksandr Stubb nüvə enerjisi haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkə ərazisinə nüvə silahının gətirilməsinə və tranzitinə tətbiq olunan uzunmüddətli qadağanı ləğv edir. Oxu.Az xəbər verir ki, bu barədə Finlandiya parlamentinin rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qanun iyulun 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, sözügedən qanun layihəsi Finlandiya parlamentinə bu ilin aprel ayında təqdim olunmuşdu. Ölkənin müdafiə naziri Antti Hyakkänen bildirmişdi ki, dəyişikliklərin qəbulundan sonra da Finlandiya Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə və digər beynəlxalq öhdəliklər çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq. Finlandiyanın "Nüvə energetikası haqqında" qanunu 1987-ci ildə qəbul edilib. Qanun ölkə ərazisində nüvə partlayıcı maddələrinin idxalını, istehsalını, saxlanılmasını və istifadəsini qadağan edir. Müdafiə nazirinin sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklər NATO standartlarına uyğunlaşmaq məqsədi daşıyır. Finlandiya 2023-cü ildə alyansa üzv olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər