Dünya

Polşada ukraynalı qaçqınların ölkədən çıxarılması təklifi müzakirə olunur - VİDEO

27 Jun 2026, 01:24 3 baxış
Polşada ukraynalı qaçqınların ölkədən çıxarılması təklifi müzakirə olunur - VİDEO
Son günlər Polşa ilə Ukrayna arasında artan gərginlik daha geniş və sərt müstəviyə keçməkdədir. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, artıq bu gərginlik təkcə iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, həm də Ukrayna ilə Avropa İttifaqı arasındakı əlaqələrə təsir göstərir. Bildirilib ki, son günlər bəzi polşalı deputatlar ordusunu sürətlə gücləndirən Ukraynanın Rusiya ilə müharibə başa çatdıqdan sonra Polşa üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq və çağırışlar səsləndiriblər.

Polşa Seyminin deputatı Yanuş Kovalski isə ölkəsinə sığınan ukraynalı qaçqınların geri - Ukraynaya göndərilməsinə çağırış edib. Məlumata görə, iki ölkə arasında gərginliyin əsas səbəblərindən biri 80-90 il əvvəl Ukrayna Üsyançılar Ordusunun Volın vilayətində polyak mülki əhaliyə qarşı törətdiyi qırğınlarla bağlı tarixi fikir ayrılıqlarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər