Dünya
Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsir
Burkina-Faso administrasiyası iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətləri kəsir. Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika dövlətinin hökuməti bəyan edib. Rəsmi Uaqaduqu bu addımı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dərindən qiymətləndirilməsindən sonra atıb. Burkina-Fasoda hesab edirlər ki, qarşılıqlı hörmətə, etimada, daxili işlərə qarışmamaq və milli suverenlik prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri olan şərtlərə artıq əməl olunmur.
Mənbə
oxu.az