Dünya

Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb

27 Jun 2026, 01:00 4 baxış
Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb
Venesuelada baş verən güclü zəlzələdən sonra 50 mindən çox insan itkin düşmüş hesab olunur. Oxu.Az "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer bəyan edib. Fəlakət bölgəsində çalışan AFP müxbirlərinin sözlərinə görə, ərazidə dağıdılmış binalar və iri dağıntı yığınları müşahidə olunur. Ailələr hələ də uçqunlar altında qala biləcək yaxınlarını axtarmağı davam etdirirlər. Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 7.2 və 7.5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrləri Yarakuy ştatında, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər