Dünya

İsrail və Livan arasında çərçivə sazişi əldə olundu

26 Jun 2026, 23:07 2 baxış
İsrail və Livan arasında çərçivə sazişi əldə olundu
Livan və İsrail münaqişəyə son qoya biləcək çərçivə sazişini təsdiqləyiblər. Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib. "Bu gün xoş bir gündür. ABŞ-nin vasitəçiliyi və dəstəyi ilə suveren Livan hökuməti və əlbəttə ki, İsrail hökuməti arasında çərçivə sazişinin əldə olunduğunu elan etməkdən məmnunluq duyuruq", - deyə o, Dövlət Departamentində çıxışı zamanı bildirib. Livanın ABŞ-dəki səfiri Nada Həmədə Muavvad vurğulayıb ki, saziş icra olunacağı təqdirdə ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində ilk addım olacaq, həmçinin hərbi əməliyyatların tamamilə dayandırılmasına zəmin yaradacaq. İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter isə bəyan edib ki, bu razılaşma İsrail və Livanın "İran və "Hizbullah"ı geridə qoyaraq" sülh yoluna qədəm qoyduğunu təsdiqləyir. "The Times of Israel" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, sazişə əsasən, İsrail Müdafiə Ordusu (SAXAL) mərhələli şəkildə Livanın cənubundan geri çəkilməyə başlayacaq. İsrail hərbçilərinin boşaltdığı ərazilərdə təhlükəsizliyi Livan Silahlı Qüvvələri təmin edəcək. Qeyd edək ki, saziş ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında keçirilən danışıqların beşinci raundunun dördüncü günündə əldə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər