Dünya

Şimali Koreya HIMARS-a rəqib yeni raket sistemini sınaqdan keçirdi

27 Jun 2026, 00:00 3 baxış
Şimali Koreya HIMARS-a rəqib yeni raket sistemini sınaqdan keçirdi
Şimali Koreya ABŞ-nin HIMARS sisteminin analoqu hesab olunan yeni yaylım atəşli reaktiv sisteminin (YARS) sınaqlarını keçirib. Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, müxtəlif çaplı qurğu idarəolunan reaktiv mərmilərlə təchiz edilib. "Sınaqlar zamanı 24 istiqamətləndiricisi olan modernləşdirilmiş 240 millimetrlik yaylım atəşli reaktiv sisteminin döyüş xüsusiyyətləri təhlil və qiymətləndirilib", - deyə məlumatda bildirilir. Qeyd olunub ki, yenilənmiş YARS-ın atəşə hazırlıq mərhələlərinin hamısı tam avtomatlaşdırılıb. Bundan əlavə, 240 millimetrlik yüksəkdəqiqlikli mərmilərin atəş məsafəsi 90 kilometrədək artırılıb. Sınaqlar zamanı həmçinin YARS-dan buraxıla bilən "Hvason-11Ra" taktiki ballistik raketinin döyüş başlığı da sınaqdan keçirilib. Agentlik vurğulayıb ki, yeni döyüş başlığı düşmənin mühüm obyektlərini, o cümlədən aerodromları və enerji infrastrukturunu məhv etmək üçün nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər