Dünya
Tramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi qoyan istənilən ölkənin ABŞ-yə ixrac etdiyi mallara 100 faizlik gömrük rüsumu tətbiq etməyə hazır olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar lideri "Truth Social" platformasında paylaşım edib. "Avropanın bir çox ölkəsi ABŞ şirkətlərinə qarşı rəqəmsal xidmətlər vergisinin tətbiqini müzakirə edir. Həmin ölkələrdən bəziləri artıq bu qərarı reallaşdırmağa çox yaxındır. Qoy bu bəyanat rəqəmsal xidmət vergisi müəyyənləşdirən istənilən ölkəyə aydın mesaj olsun: Belə ölkələrin ABŞ-yə ixrac etdiyi bütün mallara dərhal 100 faizlik gömrük rüsumu tətbiq olunacaq", - deyə Tramp vurğulayıb.
Mənbə
oxu.az