Dünya
Paşinyan yeni namizədi açıqladı: Ermənistan parlamentinə sədr kim olacaq?
Ermənistan parlamentinin sədri postuna namizəd olaraq Ruben Rubinyan seçilib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Ruben Rubinyan hazırda parlament sədrinin müavini vəzifəsini tutur. O, eyni zamanda Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsidir. Xatırladaq ki, Ermənistan parlamentinin hazırkı sədri Alen Simonyandır.

Mənbə
oxu.az